Dövlət proqramına əsasən 2026-cı ilə qədər Qubadlıda 1085 mənzilin inşası nəzərdə tutulur. Bunlardan 300 mənzil 2025-ci ildə, digər mənzillər isə 2026-cı ildə tikilib istifadəyə veriləcək. Bu dövr ərzində Qubadlı şəhərində 4500 nəfərin məskunlaşması pılanlaşdırılır. Bundan əlavə şəhərdə 3 orta məktəb, 4 bağça və 1 peşə təhsili müəsisəsinin tikilməsi də nəzərdə tutulur.
Əməkdaşımız Ayşən Cümşüdova "Qubadlı Səhəri Günü" ilə əlaqədar 30 ildir yurdundan-yuvasından aylrı düşən, Bakı şəhərində yaşayan Zilanlı kənd sakini Mikayıl Bayramovun ailəsində olub. Mikayıl baba deyir ki, "Qubadlıdan hansı maşınla gəlmişəm, həmin maşınla da geri qayıdacam..."
Daha ətraflı reportajdan izləyə bilərsiniz.